2009-cu ilin noyabr ayında prezident İlham Əliyevin sərəncamı ilə 9 noyabr Azərbaycan Dövlət Bayrağı Günü elan edilib. Bayrağımıza hörmət əlaməti olaraq hər il noyabrın 9-da bütün müəssisə və təşkilatlarda olduğu kimi bizim məktəbimizdə də geniş tədbirlər keçirilir. 08.11.2017-çi il tarixində 9 noyabr - Dövlət Bayrağı günü münasibətilə 74 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbiri dil və ədəbiyyət müəllimi Mahmudova Tünzalə hazırlamışdır.Tədbir iştirakçıları Azərbaycan himninin sədaları altında Dövlət Bayrağımizi dalğalandıraraq tədbiri açıq elan etdilər. Azərbaycan bayrağına həsr olunmuş şeirlər və mahnilar şagirdlər tərəfindən səslənildi. Məktəbin direktoru Əfqan Həsənov və məktəbin Tərbiyə işləri üzrə direktor müavini Nazpəri Bayramova sonda cıxış edərək tədbir iştirakçılarını 9 noyabr - Dövlət Bayrağı günü münasibətilə təbrik etdilər.