Azərbaycan Karate-Do Federasiyasının nümayəndələri 74 nömrəli tam orta məktəbdə

Azərbaycan Karate-Do Federasiyasının nümayəndəsi Abdullazadə Vüsalın ən yaxşı tələbəsindən biri Mütəllimov Əkbərdir. Əkbər dəfələrlə yarışlarda qalib olmuşdur.Federasiyanın nümayəndəsi Əkbərin təlim-tərbiyəsi ilə də maraqlanmış, o nöqteyi-nəzərdən Sabunçu rayonu 74 nömrəli tam orta məktəbdə olmuşdur. Bu zaman onlar məktəbin tərbiyə işləri üzrə direktor müavini Bayramova Nazpəri və Əkbərin sinif müəllimi Məmmədova Məlahətlə də görüşmüşlər.Əkbərə verilmiş fəxri fərmanlar, medallar sinif yoldaşları qarşısında nümayiş etdirilmiş və şagirdlər tərəfinfən rəğbətlə qarşılanmışdır. Sinif rəhbəri Məmmədova Məlahət Əkbərin təkçə idmanda deyil, təhsildə də birincilər sırasında olduğunu vurğulamışdır. Müəllimə qeyd etdi ki, Əkbərin dünyagörüşü, düşüncə tərzi, həyata baxışı, riyazi təfəkkürü yoldaşlarından tam fərqlidi.O, bütün fənlərə maraq göstərir, elmin dərin sirlərinə yiyələnməyə can atır. Ən cox sevdiyi fənn isə riyaziyyatdır.Bununla bərabər Əkbər sinif yoldaşları ilə cox mehriban, səmimi əməkdaşlıq etməyi bacaran bir şagirddir.Nazpəri müəllimə öz çıxışı zamanı qeyd etdi ki, mən inanıram ki, Əkbər oxuduğu sinifdə bütün uşaqlara bir örnək olacaq.Hamı çalışacaq ki, Əkbər kimi savadlı, qabiliyyətli olsun. O, hər zaman təhsil aldığı 74 nömrəli tam orta məktəbin adını yüksəklərə qaldıracaq.Bu yolda ona uğurlar diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi