"Son zəng"

14 iyun 2017-ci il tarixində 74 nömrəli tam orta məktəbdə "Son zəng" tədbiri kecirildi. Ölkəmizin hər guşəsində olduğu kimi bizim məktəbdə də son zəng təntənəli surətdə qeyd olundu. Tədbir məktəbin Tərbiyə işləri üzrə direktor müavini Nazpəri Bayramova tərəfindən təşkil olunmuşdur. Tədbirin iştirakçıları olan müəllimlər, məzunlar və onların valideynləri son zəng ərəfəsində duyğulu anlar yaşadılar.Onbirincilər bu günü həm sevinclə, həm də kədərlə qarşıladılar.Məzunlar xoş melodiyalar altında müəllimlərini rəqsə dəvət etdilər.Məktəbin direktoru Əfqan Həsənov öz cıxışında onbirinciləri təbrik etdi və arzu etdi ki, məzun adından sonra tələbə adına layiq olsunlar.Qüdrətli vətənimizin bundan sonrakı inkişafında onların da üzərinə böyük vəzifələr düşdüyünü bildirib, müstəqil həyatda xoşbəxtlik və uğur arzuladı.Daha bir ilin son zəngi də bununla bitdi.