Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil edildi.

  Aprel ayının 26-da "Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində məktəbin ibtidai sinif müəllimi Məlikova İradə tərəfindən III“Ç” sinif şagirdləri ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya edilib. Ekskursiyanın təşkil edilməsinin əsas məqsədi şagirdlərin asudə vaxtlarının səmərəli təşkil olunması, milli-mənəvi dəyərlərimizin qorunması, Azərbaycanın zəngin mədəni irsi, tarixi, maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat verməkdən və onların dünyagörüşünün genişləndirilməsindən ibarət olub.

Şagirdlər qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıblar. Müasir innovativ texnologiyaları ilə təchiz olunmuş muzeydə multimedia proqramları ilə hazırlanmış interaktiv stendlər, maarifləndirici və əyləncəli oyunlar, dünyadakı 200-ə yaxın oxşar abidələr haqqında məlumat verən qlobus və s. şagirdlər tərəfindən izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi