Məktəbin 9Ç sinif şagirdi Andriienko Emilia məsuliyyətli, intizamlı və əzmkar bir gənc kimi həm təhsilində, həm də idmanda daim yüksək nəticələr göstərmişdir.

Məktəbin 9Ç sinif şagirdi Andriienko Emilia məsuliyyətli, intizamlı və əzmkar bir gənc kimi həm təhsilində, həm də idmanda daim yüksək nəticələr göstərmişdir. O, uzun müddətdir ki, karate idman növü ilə peşəkar şəkildə məşğul olur və bu sahədə bir sıra nailiyyətlər əldə etmişdir. Emilia müxtəlif yarışlarda uğurla iştirak etmiş, medallar və sertifikatlarla təltif olunmuşdur.
Bizdə şagirdimizi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik.