"Milli dəyərlərimizi qoruyaq!"adlı müsabiqə keçirildi.

Məktəbin tədbirlər planına əsasən 14.03.2025-ci il tarixində 74 nömrəli tam orta məktəbdə Novruz bayramına həsr olunmuş "Milli dəyərlərimi qoruyaq" adlı əl işlərindən ibarət müsabiqə təşkil edildi.
Sərgidə Novruz adət-ənənələrini, Novruz deyimlərini, mətbəx mədəniyyətimizi milli musiqimizi və s. özündə əks etdirən materiallar və fotolar nümayiş olundu.
Müsabiqənin sonunda qalib iştirakçılar səsvermə yolu ilə seçildi və dəyərləndirildi.Müsabiqədə iştirak edən hər bir şagirdə tərifnamə verildi.