Novruz tədbiri keçirildi.

   Martın 17-də Bakı şəhər 74 nömrəli tam orta məktəbdə 2C və 2Ç siniflərinin iştirakı ilə birlik, bərabərlik və həmrəylik rəmzi olan bahar təravətli - Novruz bayramına həsr olunmuş “Novruz sevincləri” adlı bayram tədbiri keçirildi.

Tədbiri açıq elan edən aparıcı bahar təravətli Novruz bayramı münasibəti ilə uşaqlara ən xoş diləklərini çatdırdı. Bütün balalara xoşbəxt və sülh içində bir həyat, xoşbəxt gələcək arzuladı.

Daha sonra uşaqlar üçün maraqlı əyləncəli bayram proqram təqdim olundu. Novruz personajları: Kosa, Keçəl, Bahar qızının iştirakı, Mədəniyyət Mərkəzinin xalq kollektivlərinin üzv və solistlərinin ifaları bayram tədbirində xoş ovqat yaratdı. Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi