Məktəbdə Novruz tədbiri keçirildi.

     Bu gün məktəbdə Əlizadə Səmranın rəhbərlik etdiyi 2B sinfinin şagirdlərinin iştirakı ilə "Novruz gəlir - Yaz gəlir!" adlı rəngarəng və yaddaqalan bir tədbir keçirildi. Novruzun gəlişi ilə birlik, həmrəylik və milli dəyərlərimizi yaşadan bayram tədbiri hər kəsə xoş ovqat bəxş etdi. Şagirdlərin hazırladığı maraqlı çıxışlar, milli adət-ənənələrimizi əks etdirən səhnəciklər, şeirlər, mahnılar və rəqslər bayram ab-havasını daha da gözəlləşdirdi.

Novruz yeni gün, yeni başlanğıc, ümid və baharın müjdəçisidir. Qoy bu bayram hər evə ruzi-bərəkət, sevinc və xoş günlər gətirsin! Hər kəsə bahar təravətli günlər, sağlamlıq, firavanlıq arzulayırıq.

Novruz bayramınız mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi