"Qanla yazılan tarix" mövzusunda dəyirmi masa keçirildi.

"Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı" na uyğun olaraq məktəbimizdə 26.02.2025-ci il tarixdə məktəb kitabxanasında"Qanla yazılan tarix" mövzusunda dəyirmi masa keçirildi.
Xocalı faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib
“Dəyirmi masa”nın keçirilməsinin əsas məqsədi ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hisslərini aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdan ibarət olub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra müəllimlər Xocalı faciəsi haqqında məlumat verdilər. Müəlli mlər hazırladıqları təqdimatlarla çıxış etdilər.