Beynəlxalq Ana Dili Günü" münasibəti ilə "Dilimiz Milli Varlığımızdır" adlı tədbir keçirildi.

20.02.2025-ci il tarixində Bakı şəhəri 74 nömrəli tamnorta məktəbdə "21 Fevral Beynəlxalq Ana Dili Günü" münasibəti ilə "Dilimiz Milli Varlığımızdır" adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, azərbaycan dili müəllimləri, valideynlər, və şagirdlər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zeynalov Murad bildirdi ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Tədbirdə iştirak edən şagirdlər ana dilinin gözəlliyini əks etdirən şeirlər söylədilər.
6 və 7-ci sinif şagirdləri Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərini canlandırdılar.
Qeyd edək ki, 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd edilir. BMT 1999- cu ildə Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21- ni Beynəlxalq Ana Dili Günü elan edib.