2C sinif şagirdləri ilə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya təşkil etmişdir.

16 fevral 2025-ci il tarixində İbtidai sinif müəllimi Həsənzadə Sevinc rəhbərlik etdiyi 2C sinif şagirdləri ilə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya təşkil etmişdir.
Məqsəd kiçik yaşlı məktəblilərin mənəvi tərbiyəsini və intellektual dünyagörüşlərini, eləcə də elmə, biliyə, kitablara olan marağını artırmaqdır. Bu görüş həm də respublikada ilk ən böyük uşaq kitabxanasının yaranmasının 60 illik yubileyi ərəfəsinə təsadüf edir.
Şagirdlər kitabxananın Oxu və abonoment zallarında maraqlı kitablarla tanış oldular və kitabxana əməkdaşlarının maraqlı məlumatlarını dinlədilər. Onlar kitabxanadan xoş təəssüratla ayrıldılar.