“Kitablarla dost olaq” layihəsi davam edir.

Məktəbin fəaliyyət planında nəzərdə tutulmuş " Kitablarla dost olaq" layihəsi çərçivəsində 4E sinif şagirdləri kitab sərgisi təşkil etdilər.4E sinif rəhbəri Şirinova Karina şagirdlərə kitabların həyatımızda rolu barədə geniş məlumat verib.
Layihənin əsas məqsədi şagirdlərin mütaliəyə istiqamətləndirilməsi işində səmərəliliyin, onlarda oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, nitq vərdişlərinin təkmilləşdirilməsi, fikirlərini tam və sərbəst şəkildə ifadə edə bilmək imkanlarının formalaşdırılmasından ibarətdir.