“Kitablarla dost olaq” layihəsinə start verilib.

Məktəbin fəaliyyət planında nəzərdə tutulmuş " Kitablarla dost olaq" layihəsi çərçivəsində 2C sinif şagirdləri məktəb kitabxanasında oldular.2C sinif rəhbəri Həsənzadə Sevinc şagirdlərə kitabların həyatımızda rolu barədə geniş məlumat verib.
Layihənin əsas məqsədi şagirdlərin mütaliəyə istiqamətləndirilməsi işində səmərəliliyin, onlarda oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, nitq vərdişlərinin təkmilləşdirilməsi, fikirlərini tam və sərbəst şəkildə ifadə edə bilmək imkanlarının formalaşdırılmasından ibarətdir.