“Kitablarla dost olaq” layihəsinə start verilib

Məktəbin fəaliyyət planında nəzərdə tutulmuş " Kitablarla dost olaq" layihəsi çərçivəsində 2A sinif şagirdləri məktəb kitabxanasında oldular.2A sinif rəhbəri Həbibova Sevda şagirdlərə kitabların həyatımızda rolu barədə geniş məlumat verib.
Layihənin əsas məqsədi şagirdlərin mütaliəyə istiqamətləndirilməsi işində səmərəliliyin, onlarda oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, nitq vərdişlərinin təkmilləşdirilməsi, fikirlərini tam və sərbəst şəkildə ifadə edə bilmək imkanlarının formalaşdırılmasından ibarətdir.