Reproduktiv sağlamlıq məşğələlər çərçivəsində seminar keçirildi.

10.02.2025 ci il tarixində məktəbdə 8 ci sinif şagirdləri ilə (qızlar və oğlanlar ayrı olmaqla) Reproduktiv sağlamlıq məşğələləri çərçivəsində " Zərərli vərdişlər. Siqaret çəkmək " mövzusunda seminar keçirildi . Seminarın məqsədi şagirdlərə siqaret insan orqanizminə və psixikasına vurduğu zərərlər və bu zərərlərin zamanında profilaktikası barədə geniş məlumat vermək idi.
Seminarda məktəbin psixoloqu İrina Əliyeva, biologiya müəllim Gülnarə Quliyeva, hərbi rəhbər Məhərrəmov Vüqar çıxış etdilər.