Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəblərə göndərdiyi tədbirlər planına əsasən Naxçıvan aylığı çərçivəsində bu gün şagirdlərlə kitabxan

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəblərə göndərdiyi tədbirlər planına əsasən Naxçıvan aylığı çərçivəsində bu gün şagirdlərlə kitabxanada dəyirmi masa təşkil edildi. Görüşdə məktəbin tarix müəllimi Ə.Mətanət çıxış edərək Naxçıvan bölgəsinin tarixin müxtəlif dönəmlərində Azərbaycanın dövlətçilik tarixində daşıdığı mühüm rolunu qeyd etdi və yerləşdiyi mühüm təbii-coğrafi mövqeyi, strateji əhəmiyyəti sayəsində Naxçıvan bölgəsinin tarixən Şərqin mühüm ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzlərindən biri olduğunu bildirdi. Görüşdə şagirdlər Naxçıvanın qədim tarixi abidələri, tarixi, coğrafi mövqeyi ilə bağlı zəngin təqdimatlarla çıxışlar etdilər. Görüşün sonunda şagirdlər Naxçıvana həsr edilmiş kitablarla və əsərlərlə tanış oldular.