12 dekabr 2024-cü ildə Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümü münasibəti ilə "Sən elə bir zirvəsən"adlı şeir müsabiqəsi keçirildi. Müsabiqədə V-VI-VII-VIII sinif şagirdləri, azərbaycan dili müəllimləri sinif rəhbərləri iştirak etdi. İlk öncə He

12 dekabr 2024-cü ildə Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümü münasibəti ilə "Sən elə bir zirvəsən"adlı şeir müsabiqəsi keçirildi.
Müsabiqədə V-VI-VII-VIII sinif şagirdləri, azərbaycan dili müəllimləri sinif rəhbərləri iştirak etdi.
İlk öncə Heydər Əliyev - Dahi şəxsiyyət haqqında sənədli film nümayiş olundu.
Məktəbin direktoru Zeynalov Murad çıxışına Ulu öndərin sözləri ilə başladı və Heydər Əliyevin əziz xatirəsinin hər zaman ürəklərdə yaşadığını və yaşayacığını bildirdi.
Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat verildi.
Şagirdlər dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdilər.Şerlər dinlənildi.