Tədbirlər Planına uyğun olaraq tədbir təşkil olundu.

Azərbaycan Respublikası Təhsil Nazirinin 07.09.2021-ci il tarixli F-429 əmrinin icrasını təmin etmək məqsədilə BŞTİ-nin 08.09.2021-ci il tarixli F-191 nömrəli əmri ilə təsdiq olunmuş “27 sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na, Bakı şəhəri Sabunçu rayonu 74 nömrəli tam orta məktəbin Tədbirlər Planına uyğun olaraq tədbir təşkil olundu.
"Zəfər Günü" adlı 2"C" sinif şagirdlərinin iştirakı ilə baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başladı. Ardınca Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edildi. Tədbir boyu şagirdlər 44 günlük zəfər tariximizdən söhbət açıb, şəhidlərə həsr olunmuş şeir və musiqilər səsləndirdi.