Asudə vaxtın səmərəli təşkili.

Asudə vaxtı səmərəli keçirmək məktəblilər üçün çox əhəmiyyətlidir. İstirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixi sağlamlığı baxımından böyük məna kəsb edir.
27.10.24 tarixində Məlikova İradənin rəhbərlik etdiyi 3Ç sinfi İncəsənət muzeyinə ekskursiya təşkil etmişdir.
Ustad dərsində Azərbaycanda İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq, həmçinin Azərbaycan ordusunun zəfər simvolu kimi də tanınan “Xarıbülbül” nişanəsini öz sehirli fırçaları vasitəsilə kağız üzərində quaş la təsvir ediblər.
Ümumilikdə, məktəblilərin asudə vaxtın səmərəli təşkili məqsədilə həyata keçirilən tədbirlər yeni nəslin intellektual səviyyəsinin yüksəldilməsinə və sosial aktiv gənclərin formalaşdırılmasına xidmət göstərir.