Bu gün Füzuli şəhəri günüdür.

   Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində oktyabrın 17-də Füzuli şəhəri və rayonun yeddi kəndi (Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndləri) erməni işğalçılarından azad edilib.

Xatırladaq ki, 1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk etməyə məcbur olmuşdu.

Hazırda digər işğaldan azad edilmiş rayonlarımız kimi Füzuli rayonunda da böyük tikinti-quruculuq işləri aparılır. Qısa müddət ərzində ən yüksək beynəlxalq standartlara cavab verən hava limanı inşa edilərək istismara verilib, Zəfər yolunun çəkilişi yekunlaşıb, Füzuli yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi tikilib. Həmçinin Füzulidə Özbəkistan Respublikası tərəfindən inşa olunan 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 saylı məktəb, Qazaxıstan Respublikası tərəfindən inşa olunmuş Kurmqanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi də fəaliyyət göstərir.

Füzuli şəhərində 38 çoxmərtəbəli bina, eləcə də 846 mənzildən ibarət 4, 5 , 6 və 7 mərtəbədən ibarət evlər inşa edilib. Füzuli şəhərinin mərkəzində Zəfər yolunun kənarında salınan çoxmənzilli binalarda 822 ailə (3132 nəfər sakin) məskunlaşıb.

Dövlət başçısının Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı 31.07.2023-cü il tarixli Sərəncamına əsasən, hər il oktyabrın 17-si ölkəmizdə Füzuli şəhəri günü kimi qeyd olunur.

Sinif-5B

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi