Məktəblərdə ekologiya ayı. Təbiətdən incəsənətə.

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsinə start verilir.Layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi, eləcə də gənc istedadları üzə çıxarmaqdan ibarətdir.
Layihə çərçivəsində məktəbimizdə şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil edilmişdir.