1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş sərgi keçirildi.

   Bu gün məktəbimizdə təsviri incəsənət müəllimi M.Mehribanın təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş sərgi keçirildi.Sərgidə məktəbin direktoru Zeynalov Murad öz çıxışında bildirdi ki, 1 İyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.Hər bir uşaq dünyanın bir hədiyyəsidir və sevgi ilə böyüməyə layiqdir.Sevgi, şəfqət və hörmətlə böyüyən uşaqlar güclü gələcəyin təminatıdır.Gəlin bütün uşaqların qayğısına qalmağı və hüquqlarını qorumağı unutmayaq.Bu gün sizin gününüzdür əziz balalar. Uşaqlar gününüz mübarək olsun!

Sonra tədbir şagirdlərin ifasında rəqs və mahnılarla davam etdi. Sonda məktəb rəhbərliyi tərəfindən şagirdlər,,Təşəkkürnamə " ilə təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi