Bakı Zooloji Parkında dərs- ekskursiya təşkil olunub.

Məktəbin ibtidai sinif müəllimi Nəsrullayeva Natavan tərəfindən I E sinif şagirdləri ilə "Bakı Zooloji Parkı"nda Həyat bilgisi fənnindən "Canlılar aləmi" mövzusunda dərs ekskursiya keçirilib. Dərsin keçirilməsinin əsas məqsədi şagirdlərin fəal öyrənməsinə dəstək verən üsullardan biri kimi dərs-ekskursiya formasını dəyərləndirmək, ümumi təhsil müəssisəsinin yerləşdiyi şəhərdə olan ictimai və mədəni obyektlərin imkanlarından istifadə etmək, eyni zamanda heyvanlar aləmi ilə yaxından tanış olmaq, onların mövzuları praktik öyrənməsini təmin etməkdən ibarət olub. Dərs-ekskursiyanın gedişində dərsə dair tədqiqat sualı qoyulub, müvafiq tapşırıqlar verilib.