28 May Respublika Günü ilə əlaqədar məktəbin tarix müəllimi Əliyeva Mətanət tədbir keçirdi.

28 May Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Yüz altı il bundan əvvəl -1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldu.
28 May Müstəqillik Günü-Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı XX - əsrin əvvəllərində bu may günündə öz arzusuna qovuşdu. Şərqdə ilk dəfə olaraq, demokratik, dünyəvi dəyərlərə əsaslanan müstəqil respublikanın yarandığı bütün dünyaya bəyan edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.
Bakı şəhəri 74 nömrəli tam orta məktəbin Tədbirlər Planına əsasən 27 may 2024-cü il tarixdə 28 May Respublika Günü ilə əlaqədar məktəbin tarix müəllimi Əliyeva Mətanət tədbir keçirdi.Tədbirdə məktəbin direktoru Zeynalov Murad, müavinlər, müəllimlər, respublikanın əməkdar artisti Ağalar Bayramov,Tovuz mədəniyyət evinin rəhbəri Çingiz Abbasov iştirak etdilər.