BŞTİ tərəfindən III siniflərdə monitorinq keçirilib.

15 may 2024-cü il tarixdə BŞTİ tərəfindən təhsil müəssisələrində III siniflər üzrə monitorinq təşkil olunub. Monitorinq yalnız III siniflərə aiddir. Məqsəd III siniflərin Tədris dili, Riyaziyyat və İngilis dili fənlərindən əldə etdikləri bilik və bacarıqların dövlət standartlarına uyğunluqlarını müəyyən etmək və təhlillərin nəticələrinə əsasən standartların reallaşdırılması istiqamətində fənn müəllimlərinə metodik dəstək olmaqdır.