"Xocalı soyqırımı"nın iyirmi beşinci ildönümünə həsr olunmuş ədəbii-bədii kompozisiya

Sabunçu rayonu 74 nömrəli tam orta məktəbdə 24.02.2017-ci il tarixində "Xocalı soyqırımı"nın iyirmi beşinci ildönümünə həsr olunmuş ədəbii-bədii kompozisiya keçirildi.Tədbir Azərbaycan Respublikasının Himn sədaları altında başlandı.Tərbiyə işləri üzrə direktor müavini Nazpəri müəllimə çıxış edərək tədbiri açıq elan etdi.Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Kompozisiyanı məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimləri Məmmədova Məlahət və Ağayeva Bahar 7b,8a və 10a sinif şagirdləri ilə hazırlamışdılar.Şagirdlər hazırladıqları şeirləri,mahnıları söylədilər.Sonda məktəbin direktoru Əfqan müəllim öz nitqini söylədi və tədbiri yekunlaşdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi