"Dəyərlərimizi qoruyaq" adlı Novruz tədbiri keçirildi.

   2024-cü il " Yaşıl dünya naminə həmrəylik ili"elan olunması ilə əlaqədar olaraq məktəbdə "Dəyərlərimizi qoruyaq" adlı Novruz tədbiri keçirildi.

Martın 15-də 74 nömrəli tam orta məktəbin VI Ç sinfində Bayramova Vüsalənin rəhbərliyi, Azərbaycan dili müəllimi Mahmudova Tünzalənin təşkilatçılığı ilə “”Dəyərlərimizi Qoruyaq” adlı təntənəli bayram tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirlməsi ilə başlanıb. Məktəbin direktoru Zeynalov Murad tədbir iştirakçıları və qonaqları salamlayaraq tədbiri açıq elan edib.Məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər bayram tədbirində iştirak ediblər. Konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb. Novruzbayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.Tədbirdə Azərbaycan milli rəqslərindən ibarət müxtəlif kompozisiyalar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi