"Od çərşənbəniz" mübarək.

"Od çərşənbəniz" mübarək
Qədim zamanlardan günümüzədək Novruz ən gözəl milli bayramımız hesab edilərək, hər il bolluq, ruzi-bərəkət, firavanlıq rəmzi və yeni ilin başlanğıcı kimi təmtəraqla qeyd olunmuşdur. Novruz bayramından əvvəlki dörd çərşənbə (su, od, yel, torpaq) xüsusi mərasimlərlə keçirilir.
Həmin çərşənbələrdən ikincisi "Od çərşənbəsi"dir. Bu münasibət ilə Əliyeva Günelin rəhbərlik etdiyi 2E sinfində və Baxşəliyeva Rənanın rəhbərlik etdiyi 2C siniflərində təşkilat saatı və sərgi təşkil edildi.. Bayram abu-havalı keçirilən dərsdə sinif şagirdləri od çərşənbəsinin mifologiyası, adətləri haqqında məlumat verib, atalar sözü, şeir və tapmacalar söylədilər.