Bakı şəhəri 74 nömrəli tam orta məktəbin psixoloqu İrina Əliyevanın təşkilatçılığı ilə "Narkomaniya əsrin bəlasıdır" mövzusunda şagirdlərə dərs keçildi.

   Bakı şəhəri 74 nömrəli tam orta məktəbin psixoloqu İrina Əliyevanın təşkilatçılığı ilə "Narkomaniya əsrin bəlasıdır" mövzusunda şagirdlərə dərs keçildi. Dərs zamanı şagirdlərə narkomaniyanın törətdiyi fəsadlar barədə geniş məlumat verildi. Psixoloq öz çıxışında bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına çevrilən Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü(26 iyun), Azərbaycan Respublikasında narkomaniyaya qarşı aparılan mübarizə, qanunvericilik, “Antinarkotik dünyagörüşünün formalaşdırılması” anlayışlarının mahiyyəti və məzmunu, narkotika qurbanlarının əlamətləri, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olması və bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsi haqqında geniş məlumat verdi. O, narkomaniyaya qarşı mübarizə və narkotik asılılığın başlıca səbəblərinin aradan qaldırılması, narkomaniyaya qarşı profilaktikanın sistematik olması və kütləvi xarakter daşıması, antinarkotik dünyagörüşünün formalaşdırılmasında təhsilin, məlumatlandırmanın əvəzsiz rol oynadığını göstərdi.

Dərs zamanı mövzu ilə bağlı müzakirələr aparıldı, şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi