Pedaqoji şura iclasları keçirilir.

    Pedaqoji şura iclasları keçirilir.

İclasda məktəb əməkdaşları, valideynlər, müəllimlər, valideyn komitələrinin sədrləri iştirak ediblər.

İclas zamanı ümumi təhsil müəssisələrində uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, məktəblərdə psixoloji xidmətin təşkili, sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işə nəzarətinin artırılması, etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq

olunması və digər məsələlər müzakirə olunub.

Çıxış edənlər məktəblərin pedaqoji şura iclaslarında ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşmasına diqqətin artırılması, təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi, məktəb psixoloqlarının işinin gücləndirilməsi və təhsil müəssisələrinə ictimai dəstəyin əhəmiyyətindən danışıblar.

Əlavə olaraq, müzakirə edilən məsələlərlə bağlı ciddi təhlükə doğuracaq hər hansı bir hal müşahidə olunduğu təqdirdə, təlimata uyğun addımların atılması, müvafiq qərarların qəbul edilməsi , aidiyyəti qurumlara məlumat verilməsinin vacibliyi qeyd olunub və iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi