"Bu günün şagirdi gələcəyin müəllimi" layihəsinə start verildi.

   "Bu günün şagirdi gələcəyin müəllimi" layihəsinə start verildi.

Layihə çərçivəsində məktəbin 11C sinif şagirdi Ağayeva Nərgiz 4C sinfində " Canlı və Cansız təbiət mövzusunda dərs keçdi.

İlk öncə "Canlı təbiət", "Cansız təbiət"

"Yaşamaq üçün bizə nə lazımdır?"didaktik söz oyunları keçirildi.

Məqsəd canlı təbiətin tələbatı və cansız təbiətdə əlaqəsi barədə təsəvvür yaratmaq, uşaqlarda təbiəti sevmək, onun gözəlliklərini duymaq, ona qayğı göstərmək kimi estetik hissləri formalaşdırmaq idi.

Canlı təbiət hərəkət edən, nəfəs alan, hiss edən, qidalanan, böyüyən, yatıb duran nə varsa hamısı canlıdı. Cansız təbiət isə bizim dünyanın elə bir parçasıdır ki, nə nəfəs alır, nə su içir, nə qidalanır, nə yuxuya gedir. Bu əlbəttə Günəşdir, Yerdir, aydır, yağışdır, buluddur, dümandır, dənizdir və bir çoxları...Uşaqlar təsvirlərində hansının canlı, hansının cansız təbiətə aid olduğunu ayırd etdilər.

Sonda yaş səviyyəsinə uyğun olaraq rahatlayıcı musiqi fonunda meditasiya keçirildi. Uşaqların bəziləri öz təəssüratlarını bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi