Sabunçu rayonu 74 nömrəli tam orta məktəbdə "Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir

  Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 09.01.2024-cü il tarixində maarifləndirmə tədbirləri planına əsasən, payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək fövqəladə hadisələrlə bağlı Sabunçu rayonu 74 nömrəli tam orta məktəbdə "Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Keçirilən maarifləndirmə tədbirində əsas məqsəd məktəblilərin fövqəladə hallar zamanı davranış qaydaları , baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə fövqəladə halların növləri, qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydaları və s. fövqəladə hallar zamanı insanların davranış qaydaları qəza-xilasetmə əməliyyatları zamanı zərərçəkmişlərə ilk yardımın göstərilməsi mövzusunda məlumat verilmişdir.

Daha sonra Fövqəladə Hallar Nazirliyi haqqında sənədli film nümayiş olunmuşdur.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi