Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib

   Dekabrın 24-də cari tədris ili üzrə Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.

Respublika fənn olimpiadaları 7 fənn (Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya) üzrə təşkil olunub. Fənn olimpiadalarında IX, X, XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri iştirak edib.

Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə 09.01.2024-cü il tarixindən etibarən elan olunacaq.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Qeyd edək ki, Respublikası fənn olimpiadası "Kapital bank"ın sponsorluğu ilə həyata keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi