Bu gün Ulu Öndər Heydər Əliyevin Anım Günüdür.

   Bu gün Ulu Öndər Heydər Əliyevin Anım Günüdür.

Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə 74 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Ağayeva Xəyalə 4“D” sinfində təşkilat saatı keçirdi. Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumat verdi. Şagirdlər şeirlər söylədilər, mahnılar ifa etdilər.

Bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimiz əbədiyyətə qovuşmağı ilə də xalqımızı birləşdirdi. Öz ideyaları ətrafında xalqımızı birləşdirən Ümumilli Lider Heydər Əliyevin müqəddəs ruhu bu gün bizi bütövləşdirir və mətinləşdirir. Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edərək yeni-yeni uğurlara imza atır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi