I Ümumşəhər Konfransına hazırlıq məqsədilə rayon konfransının I mərhələsi təşkil olundu

Noyabrın 21-i 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq məqsədilə rayon konfransının I mərhələsi təşkil olundu.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himni başlandı. Ümummilli lider Heydər Əliyevin, Şəhidlərimizin əziz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev rayon konfransının məqsədi haqqında danışdı. Mərkəz məktəbin direktoru Nizami Qasımzadə qonaqları, münsiflər heyətini, iştirakçıları salamlayaraq konfransı açıq elan etdi.

Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, məktəb direktorları, KA rəhbərləri, müəllimlər, KA üzvləri iştirak etdilər. Konfransın I mərhələsində 4,28,68,71,74,78,107,112,128,137,148,169 187,192,209,215,271,295,309 nömrəli tam orta məktəblərin KA üzvləri öz təqdimatları ilə çıxış etdilər.

74 nömrəli tam orta məktəbdən məktəbi 11Ç sinif şagirdi Abbaslı Cavid Aqil oğlu təmsil etdi.

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov çıxış edərək konfrasın işini yüksək qiymətləndirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi