Azərbaycan Hərbi Tarixi Muzeyə ekskursiya

   74 nömrəli məktəbin  5E sinif şagirdləri 20 noyabr tarixində  Azərbaycan Respublikası Müdafiə Nazirliyi nəzdində olan Azərbaycan Hərb Tarixi Muzeyinə baş çəkiblər.

Uşaqlar muzeyin həm daxilində, həm xaricində gəzərək qədim dövrlərdən günümüzədək hərb tariximizdə olan məşhur simalar, sərkərdələr, onların heykəllərini, geyimlərini, əşyalarını görüblər. Bu heykəllərin birinə gipsdən hazırlanmış Atropatın heykəlini misal çəkmək olar.

Uşaqlar həm qədim zamanlarda, həm də sonrakı dövrlərdə istifadə olunan   döyüş ləvazimatları, hava, dəniz, quru qüvvələrinə aid zəngin hərbi texnika barəsində də sadəcə şifahi məlumat əldə etməklə kifayətlənməyib, həm də eksponatları görərək daha yaxın tanış olmuşlar.

https://youtu.be/xPjSh0p3d8c?si=80D29T0_uTSVuqSE

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi