"Zəfərin mübarək Azərbaycan" adlı tədbir keçirilib

Zəfər Gününə həsr edilmiş "Zəfərin mübarək Azərbaycan" adlı tədbir keçirilib

07.11.2023-cü il tarixdə 74 nömrəli tam orta məktəbin akt zalında məktəbin ibtidai sinif müəllimi Rzayeva Şəfa rəhbərlik etdiyi 3A sinfində "Zəfərin mübarək Azərbaycan" adlı tədbir keçirilib. Tədbir dövlət himninin səslənməsi və şəhidlərin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Məktəbin direktoru Murad Zeynalov qonaqları və tədbir iştirakçıkarını salamlaylb, tədbirin məqsədi, əhəmiyyəti barədə məlumat verib. Vətənpərvərliyi təbliğ edən bu formatlı tədbirlərin şagirdlərin əsl vətəndaş kimi formalaşmasındakı müsbət rolunu vurğulayıb. Daha sonra söz qonaqlara verilib. Rəsmi hissə yekunlaşdıqdan sonra tədbirin bədii hissəsi başlayıb.Öncə şagirdlərin ifasında Zəfər ruhlu, qələbə motivli mahnılar, şeirlər ifa edilib. Şagird təqdimatının sonunda " Hər kəsin ifasında "Millətəm mahnısı səsləndirilib"Tədbir pozitiv notlarda, dodaqlarda Qələbə marşı, əllərdə dalğalanan Vətən bayrağı ilə yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi