Gücümüz cəsarətmizdədir!

   Bakıda “Gücümüz cəsarətimizdədir!” adlı aksiya təşkil olundu. Aksiyada 74 nömrəli tam orta məktəbin müəllim və qızlardan ibarət şagirdləri də böyük maraq və həvəslə iştirak etdilər.

Məqsəd qızların cəmiyyətdə bərabərhüquqlu iştirakçılığının artırılması, qızlar arasında idmanın təşviqi və sağlam həyat tərzinin təbliği, onların asudə vaxtının səmərəli təşkilidir.

Tədbir noyabrın 13-də saat 13.30-da Bakı şəhəri, Dənizkənarı Milli Parkın Azneft dairəsi hissəsindən yürüşlə başladı. Daha sonra saat 14:00-da Dənizkənarı Milli Parkda (Kukla Teatrının arxası) rəsmi açılış mərasimi keçirildi və ardınca 6 idman növü üzrə (cüdo, karate, gimnastika, basketbol, şahmat, futbol) federasiyaların təlimçi və idmançılarının ustad dərsləri baş tutdu.

Aksiya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı və idman federasiyalarının dəstəyi ilə baş tutdu.

https://youtu.be/Cro4Jp7nLD0?si=sJtWOj4Jba4o8wWM

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi