"Qala" Tarixi-Etnoqrafiya Qoruğunun ərazisində yerləşən muzey kompleksini ziyarət edildi

    74 nömrəli məktəbin 5E sinif şagirdləri oktyabrın ayının 28-i sinif  rəhbəri Quliyeva  Gülnarə ilə birlikdə "Qala" Tarixi-Etnoqrafiya Qoruğunun ərazisində yerləşən muzey kompleksini ziyarət ediblər. 
Şagirdlər bu ərazidə Qala kəndinin qədim tarixi, əhalisinin həyat tərzi, adətləri  ilə tanış olublar. 
Evlər, kurqanlar, sərdabələr, məscidlər, hamamlar, qədim qəsrin qalıqları, qayaüstü, qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qoval daşı və s. qədim həyat izləri bu günə qədər qorunub saxlanılır və şagirdlər də bu ərazini gəzərək zəngin tarixi məlumatlar əldə ediblər. 
Uşaqlar nəinki gəzərək öyrənmiş, hətta çörəkbişirmə otağında çörəkçilərin təlimatı ilə xəmir yayıb lavaş hazırlamış, dulusçu ilə birlikdə gildən qab düzəltməyi, dəmirçi ilə dəmir döyməyi, xalça toxuma dəzgahının da arxasına keçərək  toxumağı təcrübə etmişlər.


Daha sonra uşaqlar Qala qəsrinə qalxaraq açıq səma altında yerləşən bu kompleksi və Qala kəndi ərazisini yüksəkdən izləyiblər. 

Sonda isə şagirdlər "Tullantıdan sənətə" muzeyinə də baş çəkib fərqli əşyalardan, nəsnələrdən hazırlanmış maraqlı, qeyri-adi əl işləri ilə tanış olublar.

Dünyanın nadir muzeylərindən hesab olunan "Qala" Etnoqrafik-Arxeoloji muzey kompleksi qapılarını  şagirdlərin üzünə açaraq onların tarixi biliklərini zənginləşdirib.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi