Bakı məktəblilərinin I MUN konfransının açılış tədbiri keçirilib

     Bakı məktəblilərinin I MUN konfransının açılış tədbiri keçirilib.

 Təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin nəticələrinə əsasən “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə məktəbimizin qalib olmuş " Bakı məktəblilərinin l MUN konfransı" layihəsinin açılış mərasımi keçirilib.

 Tədbirdə layihə rəhbəri - 74 nömrəli tam orta məktəbin direktoru Murad Zeynalov, 322 nömrəli tam orta məktəbin direktoru Taleh Şahbazov, 256 nömrəli tam orta məktəbin direktoru Xeyrulla Haqverdiyev, 169 nömrəli tam orta məktəbin direktoru Namiq İbadov , 146 nömrəli tam orta məktəbin direktor müavini Tacəddin Allahyarlı, Azərbycan Gənc Müəllimlər Assosiasiyasının sədri - Rüfət Əsədzadə, "Avropa Gənclər Parlamenti - Azərbaycan"ın prezidenti Məhəmməd Əliyev, məktəbin müəllim kollektivi və şagirdlər tədbirdə iştirak edib.
 Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 
 Layihə rəhbəri layihə haqqında ətraflı təqdimat edib.Qonaqlar layihə haqqında öz fikirlərini bildirib.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi