İlk Pedaqoji Şura iclası keçirildi.

İlk Pedaqoji Şura iclasi keçirildi

13.09.2023-cü il tarixində 74 nömrəli tam orta məktəbdə  2023-2024-cü tədris ili üzrə ilk Pedaqoji Şura iclası keçirildi. İclasda məktəb rəhbərliyi və müəllim kollektivi iştirak etdi. Məktəbin direktoru Zeynalov Murad yeni tədris ilinin başlaması münasibətilə kollektivi təbrik edib, onlara qarşıda duran bu böyük məsuliyyətli işlərində bol-bol uğurlar arzulayıb. Yeni tədris ilində təklif, qarşıda duran hədəflər  və gündəlikdəki məsələlər müzakirə edilib.
 İlk dərslərin "Heydər Əliyev Azərbaycanın qurucusu və xilaskarıdır" mövzusunda keçirilməsi, dövlət dilinin tədris keyfiyyətinin yaxşılaşdırılması, ümumi təhsil səviyyəsi tədrisin keyfiyyətinin yüksəldilməsi, məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi, icbari təhsildən yayınma hallarına qarşı işin daha sistemli şəkildə həyata keçirilməsi və s.  haqqında danışıldı.
Sonda may ayında TKTA- nın keçirdiyi monitorinqin nəticələrinin təhlili aparıldı.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #74nömrəliMəktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi