“Əlvida ilk müəllimim” adlı buraxılış gecəsi keçirilib.

“Əlvida ilk müəllimim” adlı buraxılış gecəsi keçirilib.

Rəhmanova Əflakənin rəhbərlik etdiyi 4D sinfində "Əlvida ilk müəllimim" adlı buraxılış gecəsi keçirildi. Tədbirdə şagirdlərlə yanaşı, onların valideynləri və məktəb rəhbərliyi, müəllim kollektivi iştirak edib. Buraxılış gecəsi şagirdlərin Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında aylı-ulduzlu, üçrəngli, fəxr, qürur simvolumuz olan dövlət bayrağımızı dalğalandıraraq daxil olması ilə başlayıb. Daha sonra şagirdlər 4 il ərzində ilk müəllimlərindən öyrəndikləri bilik və bacarıqları nümayiş etdirib. Onların böyük məharətlə ifa etdikləri mahnı və şeirlər, rəngarəng rəqslər tədbir iştirakçıları tərəfindən böyük maraq, gurultulu alqışlarla qarşılanıb.Körpə fidanlar artıq ibtidai sinfi başa vurdular.Balalarımıza uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi