Həyata çağırışın ilk səsi, Son zəng.

Həyata çağırışın ilk səsi, Son zəng.

Məktəblərdə son zəngin səslənməsi daha bir kollektivin müstəqil həyata qədəm qoyması deməkdir. Bu gün Respublikamızın bütün məktəblərində olduğu kimi 74 nömrəli tam orta məktəbdə də son zəngin sədaları səslənib.

“Son zəng” tədbirlərində məktəb rəhbərliyi, valideyn komitələri, valideyn-müəllim assosiasiyaları, ictimaiyyət nümayəndələri və müəllimlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və "son zəng"lə yekunlaşıb. Tədbirdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib. 2022-2023-cü tədris ilində DİM tərəfindən keçirilən buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlər təşəkkürnamə ilə təltif olunub.

Əziz məzunlar, gününüz mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi