Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

    Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin, əbədiyaşar ideyalarının geniş ictimaiyyətə çatdırılması məqsədilə ölkə daxilində və Azərbaycanın hüdudlarından kənarda zəngin və çoxşaxəli tədbirlər keçirilir.05.04.23 tarixində 74 nömrəli tam orta məktəbdə Mahmudava Tünzalənin rəhbərliyi ilə "Heydər Əliyev adlı zirvə" adlı tədbir keçirildi.Tədbirin məqsədi Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanmasıdır.

Tədbiri giriş sözü ilə açan 74 nömrəli tam orta məktəbin direktoru Zeynalov.M. Ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin bütün sahələrdə misilsiz fəaliyyətlərindən bəhs etdi. O, öz çıxışında vurğuladı ki,Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir.

Tədbir şagirdlərin təqdimatında hazırlanmış rəngarəng şerlər mahnılar çıxışlarla davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi