" Dəyərlərimizi qoruyaq " mövzusunda təşkilat saatı.

" Dəyərlərimizi qoruyaq " mövzusunda təşkilat saatı
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təhsilalanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə “Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib.
Layihə çərçivəsində ümumi təhsil müəssisələrində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlərin təşkili, “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Milli-mənəvi dəyərlər və müasirlik” mövzularında şagird təqdimatlarının, məqalələrin hazırlanması, “Kiçik Akademiya”larda konfransların keçirilməsi, məktəblilərin tarixçilərlə görüşləri nəzərdə tutulur.
Məktəbimizdə həmin layihənin tədbirlər planına uyğun olaraq məktəbdaxili tədbirlər planı hazırlanıb və icra edilir.
Tədbirlər planının 2.1 bəndinə uyğun olaraq 10 aprel 2023 - cü il tarixində Rzayeva Şəfanın təşkilatçılığı ilə 2A sinfində " Dəyərlərimizi qoruyaq " mövzusuna həsr olunmuş ədəbi - bədii kompozisiya hazırlanıb