Hər il ənənəvi şəkildə AR Elm və Təhsil Nazirliyinin dəstəyi ilə RF-in “Rossotrudniçestvo” Federal Agentliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən ölkəmizdə ümumtəhsil müəssisələrinin şagirdləri arasında rus dilində olimpiada təşkil olunur.

Hər il ənənəvi şəkildə AR Elm və Təhsil Nazirliyinin dəstəyi ilə RF-in “Rossotrudniçestvo” Federal Agentliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən ölkəmizdə ümumtəhsil müəssisələrinin şagirdləri arasında rus dilində olimpiada təşkil olunur. Cari ildən keçirilən olimpiada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, rus şairi və yazıçısı Mixail Lermontovun anadan olmasının 209 illiyi, Azərbaycan dramaturqu və şairi Mirzə Fətəli Axundovun anadan olmasının 211 illiyinə həsr olunur.
Bildiyiniz kimi, artıq olimpiadanın birinci turu yekunlaşıb.Olimpiadanın II mərhələsi 74 nömrəli tam orta məktəbdə keçirildi.
Olimpiadanın ikinci turu çərçivəsində birinci turun qaliblərinə seçim üçün bir neçə esse mövzusu təqdim olundu və onlar seçdikləri mövzu üzrə esse yazıb təşkilatçılara təqdim etdilər.
Olimpiadanın sonunda iştirak edən bütün şagirdlərə sertifikatlar təqdim olundu.