“Fövqəladə hallarda davranış qaydaları” və “İlk tibbi yardımın göstərilməsi” üzrə dərslər keçirilir.

“Fövqəladə hallarda davranış qaydaları” və “İlk tibbi yardımın göstərilməsi” üzrə dərslər keçirilir.
Məktəbin hərbi hazırlıq müəllimi M.Vüqar müəllim Ağayeva Xəyalənin rəhbərlik etdiyi 3D sinfində zəlzələ zamanı nə etməli mövzusunda şagirdlərə məlumat verdi.
Dərsdə məktəblilərə “Zəlzələ zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürücü balondan istifadə qaydaları”, “112 qaynar xətti”, “İlk tibbi yardımın göstərilməsi” mövzularında geniş məlumat verilib.