20 yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir

20 yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir.
Bakı şəhəri 74 nömrəli tam orta məktəbdə «20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir» mövzusunda tədbir keçirildi.
Tədbiri məktəbin direktoru Zeynalov Murad giriş sözü ilə açmışdır.O, yanvarın 20-də baş vermiş və hər il Ümumxalq hüzn günü kimi qeyd olunan faciənin Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizə tarixinə şanlı qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulamışdır. O, qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına gülləbaran edilərək qətlə yetirildiklərini yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə ümumbəşəri dəyərlərə və humanizmə qarşı törədilən cinayət adlandırmışdır.
Tədbirdə 20 Yanvar faciəsində, eləcə də torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin ölməz xatirələri bir dəqiqəlik sükutla yad edilkdidən sonra iştirakçılar qarşısında 20 Yavar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Çıxış üçün tribuna önünə keçən azərbaycan dili və ədəbiyyat müəllimləri Alıyeva Sevinc, Mustafayeva Məlahət və başqaları Qırmızı imperiyanın başında duran ermənipərəst Qorbaçovun Azərbacan xalqının milli azadlıq hərəkatını boğmaq cəhdlərindən, üstəlik Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə yeritdiyi təcavüzkar siyasətinə hökümət səviyəsində laqeydlik göstərilməsindən danışmış, eyni zamanda həmin müdhiş gecədə həlak olan vətənin oğul və qızlarının Azərbaycan tarixinə öz qanları bahasına parlaq səzifə yazdıqlarını xüsusi qürür hissi ilə diqqətə çatdırmışlar.
Daha sonra şagirdlərin ifasında şerlər səsləndirildi,videoçarxlar nümayiş etdirildi.