Şəhidlər Xiyabanına ziyarət!

20 Yanvar hüzn günü ilə əlaqədar olaraq Məlikova İradənin rəhbərlik etdiyi 1Ç sinfi Şəhidlər Xiyabanını ziyarət etdi. Şəhidələr Xiyabanı bizə müqəddəs bir and yeri bəxş etdi. Doğma Bakımız Dağüstü park kimi tanınan ünvanı möhtəşəm bir məzara çevrildi və ilk şəhidlərini qəbul edərək Şəhidlər xiyabanına döndü. Bu müqəddəs yer bugünkü azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verənlərin ziyarətgah yerinə çevrildi.