8 Noyabr Zəfər Günü ilə əlaqədar tədbir!

  74 nömtəli tam orta məktəbdə 8 Noyabr Zəfər Günü münasibətilə böyük tədbir keçirildi.İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.Daha Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı.Tədbirə 44 günluk Vətən müharibəsində iştirak etmiş qazilər dəvət almışlar. Vətən müharibəsinin iştirakşıları cıxış edərək tədbir iştirakşılarına vətən yolunda canından keçən döyüş yoldaşları haqqında məlumat verdilər. Ardınca tədbirin çıxışlar olan əsas hissəsi başlandı. Məktəbin Azərbaycan dili müəllii Məlahət Mustafayevanın təşkilatçılığı ilə hazırlanan tədbirdə 44 günlük möhtəşəm Zəfər tariximizlə bağlı geniş məlumatlar verildi və şagirdlər Zəfər Günümüzə həsr olunmuş çoxsaylı şeir və mahnı ifalarını səsləndirdilər. Həmçinin tədbir boyunca Vətən müharibəsi dövründə baş verənləri özündə əks etdirən bir neçə maraqlı video nümayiş etdirildi.Yekunda çıxış edən məktəbin direktoru Zeynalov Murad hər kəsi möhtəşəm bayram münasibətilə təbrik edərək bu möhtəşəm zəfərin ölkəmizin şərəfli tarixində hər zaman önəmli yer tutacağını, Qarabağımızın azad olunmasını və Zəfər Günümüzün həmişə böyük təmtəraqla qeyd olunacağını bildirdi. Sonda xatirə şəkli çəkdirildi. Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə Allah şəfa versin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi